"Borussiya" klubu Türkiyə yığmasının futbolçusunu transfer edib

"Borussiya" klubu Türkiyə yığmasının futbolçusunu transfer edib 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb
Futbol
7 İyun , 2016 17:36
Borussiya klubu Türkiyə yığmasının futbolçusunu transfer edib

Bakı. 7 iyun. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərini təmsil edən "Borussiya" klubu türkiyəli futbolçu Emre Morun transferini rəsmən açıqlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər 5 illik müqaviləyə qol çəkib.

19 yaşlı yarımmüdafiəçi klub saytına açıqlamasında Dormund təmsilçisinə keçidindən məmnun olduğunu və böyük həvəslə yeni komandasının heyətində ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini deyib.

Qeyd edək ki, Emre Mor Danimarkanın "Norşellan" klubunda çıxış edib. O, Türkiyə milli komandasının heyətində AVRO-2016-da çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi