Bolqarıstanda danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs edilib

Bolqarıstanda danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs edilib Onlardan 3-ü futbolçudur
Futbol
11 Dekabr , 2014 15:19
Bolqarıstanda danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Bolqarıstan çempionatında danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs olunub. "Report"un Bolqarıstan Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, daha çox Plovdiv "Lokomotiv"inin ötənilki oyunları şübhə doğurub.

Saxlanılanlar arasında Sofiya MOİK-inin müdafiəçisi Aleksandr Tunçev, "Lokomotiv"in hücumçusu Martin Kamburov və "Çerno More"nin arxa xətt oyunçusu Kiril Kotev də var.

Qeyd edək ki, Bolqarıstan Cinayət Məcəlləsinə görə, danışılmış oyun təşkilinə cəhd cinayət sayılır və maksimum 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi