Bakı. 02 İyun. REPORT.AZ/ Zepp Blatter korrupsiya qalmaqalı ilə əlaqədar olaraq FİFA-nın prezidenti səlahiyyətlərindən imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Blatter keçirdyi xüsusi mətbuat konfransında bildirib.
79 yaşlı funksionerin bildirdiyinə görə, o, FİFA-nın növbədənkənar Seçki Konqresini "mümkün qədər tez" çağıracaq.
"Deyəsən mənim son seçkilərdə qazandığım qələbəni heç də hamı dəstəkləmir", - deyə Blatter əlavə edib.