Elxan Məmmədov: "Bölgə komandalarına diqqəti artırmalıyıq"

Elxan Məmmədov: "Bölgə komandalarına diqqəti artırmalıyıq" "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır"
Futbol
11 Mart , 2016 10:50
Elxan Məmmədov: Bölgə komandalarına diqqəti artırmalıyıq

Bakı. 11 mart. REPORT.AZ/ "Azərbaycan Premyer Liqasındakı 10 komandadan 6-nın Bakıda məskunlaşması bizi narahat edir". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov hesabat-seçki konfransındakı çıxışında deyib.

O, bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır. Biz bölgə komandalarına diqqəti artırmalıyıq".

E.Məmmədov 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi "Hər klubun öz stadionu olmalıdır" qərarının müsbət nəticə verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi