"Beşiktaş" yeni futbolçu transfer edib

"Beşiktaş" yeni futbolçu transfer edib Tərəflər 4 illik müqaviləyə qol çəkib
Futbol
1 İyul , 2016 17:50
Beşiktaş yeni futbolçu transfer edib

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu heyətini müdafiəçi ilə gücləndirib. 

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gökhan Gönül "qartallar"ın uğurları üçün çalışacaq.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb. Gönül "Beşiktaş"da 6 950 000 avro qazanacaq.

Qeyd edək ki, Gönül "Gənclərbirliyi", "Fənərbağça" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi