​"Beşiktaş" klubunun qapıçısı üçün mövsüm başa çatıb

​"Beşiktaş" klubunun qapıçısı üçün mövsüm başa çatıb Tolqa Zəngin "Fənərbaxça" ilə qarşılaşma zamanı zədələnib
Futbol
24 Mart , 2015 11:14
​Beşiktaş klubunun qapıçısı üçün mövsüm başa çatıb

Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə çempionatının XXV turunda "Fənərbaxça" ilə qarşılaşmada zədələnən "Beşiktaş"ın qapıçısı Tolqa Zənginin vəziyyətinə ayınlıq gəlib. "Report" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı əlcək sahibi cari mövsümdə komandasına kömək edə bilməyəcək.

Onun sağ arxa əzələsində 4-cü dərəcəli yırtıq aşkarlanıb.

Qeyd edək ki, Tolqa Zəngin komandasının 0:1 hesabı ilə məğlub olduğu matçın 44-cü dəqiqəsində zədə səbəbindən yerini Günay Güvəncə verib.

Son xəbərlər

Orphus sistemi