​"Beşiktaş" klubu əslən azərbaycanlı iş adamına məxsus "skybox"u satıb

​"Beşiktaş" klubu əslən azərbaycanlı iş adamına məxsus "skybox"u satıb "Vodafone Arena"da 147 "skybox" var
Futbol
27 Aprel , 2016 09:53
​Beşiktaş klubu əslən azərbaycanlı iş adamına məxsus skyboxu satıb

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu yeni stadionu "Vodafone Arena"da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus "skybox"u satıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, stadionun qərb hissəsində yerləşən "skybox"un satışı ötən həftə həyata keçirilib.

3 il müddətinə satılan "skybox"un qiyməti təxminən 500 min dollardır. Hazırda ABŞ-da həbsdə olan və "Beşiktaş" azarkeşi olduğu bildirilən R.Zərrab "skybox"u ötən ilin aprelində alıb.

Qeyd edək ki, "Vodafone Arena"da 147 loja var. Klubun 3 il müddətinə satılan "skybox"lardan üst-üstə 30 milyon dollar gəlir götürdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi