"Beşiktaş"ın yeni stadionunda bütün oturacaqlara monitorlar quraşdırılıb

"Beşiktaş"ın yeni stadionunda bütün oturacaqlara monitorlar quraşdırılıb Arenanın tikintisinə 113 milyon avro sərf olunub
Futbol
14 Aprel , 2016 10:45
Beşiktaşın yeni stadionunda bütün oturacaqlara monitorlar quraşdırılıb

Tərtər. 14 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" futbol komandasının yeni stadionundakı oturacaqlar ekranlarla təchiz olunub. "Report"un "Football Tweet"ə istinadən verdiyi məlumata görə, ekranlar stadionun tribunalarındakı bütün oturacaqların çiyinliklərində quraşdırılıb. 

Monitorlarda klubun matçına önəmli epizodların videotəkrarı ilə birgə baxmaq mümkün olacaq. Habelə, bütün tamaşaçılar pulsuz "Wi-Fi" girişinə malik olacaqlar. 

43 min tamaşaçı tutumuna malik yeni stadiona "Vodafone Arena" adı verilib. İnşaat işlərinə 113 milyon avro sərf olunub. 

Qeyd edək ki, "Beşiktaş" "Vodafone Arena"da ilk matçını aprelin 11-də "Bursaspor"a qarşı keçirib. Türkiyə Super Liqasında XXVIII turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Son xəbərlər

Orphus sistemi