"Beşiktaş" futbolçuları çempion olsalar mükafat alacaqlar

"Beşiktaş" futbolçuları çempion olsalar mükafat alacaqlar Mükafatın məbləği 1,5 milyon dollardır
Futbol
9 May , 2015 10:14
Beşiktaş futbolçuları çempion olsalar mükafat alacaqlar

Bakı. 9 may. REPORT.AZ/ Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Beşiktaş" klubunun futbolçularına mükafat vəd edilib. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, mükafatın məbləği 1.5 milyon dollardır.

Futbolçular mükafatı yalnız Türkiyə çempionu olacaqları təqdirdə ala biləcəklər. Belə olan halda komanda Çempionlar Liqasına vəsiqə qazanacaq. Bu da klub üçün UEFA-nın verəcəyi əlavə gəlir deməkdir.

Qeyd edək ki, 30 turdan sonra bir oyun az keçirən "Beşiktaş" 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi