​"Beşiktaş" futbol klubu 14-cü dəfə Türkiyə çempionu olub

​"Beşiktaş" futbol klubu 14-cü dəfə Türkiyə çempionu olub "Qara qartallar" 33-cü turda "Osmanlıspor"u 3:1 hesabı ilə yenib
Futbol
15 May , 2016 22:35
​Beşiktaş futbol klubu 14-cü dəfə Türkiyə çempionu olub

Bakı. 15 may. REPORT.AZ/ Türkiyə Super Liqasında 2015-2016 mövsümünün qalibi "Beşiktaş" olub.

"Report"un məlumatına görə, "Qara qartallar" 33-cü turda "Osmanlıspor"u 3:1 hesabı ilə yenərək, sona 1 tur qalmış çempionluğu elan edib.

Bu qələbə ilə xallarını 79-a yüksəldən Şenol Günəşin komandası ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal geridə qoyub. Bu, "Beşiktaş"ın tarixində 14-cü çempionluğu olub. Sonuncu dəfə "ağ-qaralar" 2009-2010-cu il mövsümünü qızıl medalla başa vurub. Lakin Günəş baş məşqçi karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi