Belarusun "Dinamo" klubu binasını, kərpic hasarını və istilik şəbəkəsini satışa çıxarıb

Belarusun "Dinamo" klubu binasını, kərpic hasarını və istilik şəbəkəsini satışa çıxarıb Klub maliyyə problemləri üzündən bu addımı atıb
Futbol
15 Dekabr , 2015 10:39
Belarusun Dinamo klubu binasını, kərpic hasarını və istilik şəbəkəsini satışa çıxarıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Belarusun Brest şəhərini təmsil edən "Dinamo" futbol klubu əmlakını satışa çıxarıb. "Report"un məlumatına görə, buna klubun üzləşdiyi maliyyə sıxıntıları səbəb olub.

13 milyard 395 milyon 243 min 39 rubla (təqribən 763 min 529 manat) iki kərpiç hasar, su təchizatı şəbəkəsi, metal qapılar, kanalizasiya şəbəkəsi, asfalt-beton örtüyü və digər obyektlər bir lotla satılır. Bu addımın kluba borclarını ödəməkdə yardımçı olacağı güman edilir.

Qeyd edək ki, Brest "Dinamo"su 1960-cı ildə təsis olunub və Belarus müstəqillik əldə etdikdən sonra bütün ölkə çempionatlarında iştirak edib. "Göy-ağlar" 1992-ci ildə bürünc medala, 2007-ci ildə Belarus Kubokuna sahib olub. Klubun büdcəsi 1,2 milyon dollar, stadionu 10 min tamaşaçı tutumuna malikdir. "Dinamo" bu mövsüm çempionatı 14 komanda arasında 12-ci pillədə başa vurub. Brest təmsilçisi 26 oyuna 24 xal toplayıb. 

Son xəbərlər

Orphus sistemi