​"Bavariya" Tomas Müllerlə müqavilə müddətini artırır

​"Bavariya" Tomas Müllerlə müqavilə müddətini artırır Yeni anlaşma 2021-ci ilədək nəzərdə tutulub
Futbol
4 Dekabr , 2015 10:28
​Bavariya Tomas Müllerlə müqavilə müddətini artırır

Bakı. 4 dekabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçusu Tomas Müllerlə müqavilə müddətini artıracaq. "Report"un məlumatına görə, artıq tərəflər məsələ ilə bağlı razılığa gəlib.

Razılığa əsasən 26 yaşlı hücumçu ilə müqavilə müddəti 2021-ci ilədək artırılacaq.

Qeyd edək ki, Tomas Müller 2008-ci ildən Münhen klubunun əsas komandasının formasını geyinir.

Son xəbərlər

Orphus sistemi