​"Bavariya" Dünya Çempionatı-2014-də ən çox qazanan klub olub

​"Bavariya" Dünya Çempionatı-2014-də ən çox qazanan klub olub Klub ümumi payın 1 mln. 734 min 367 dollarını əldə edib
Futbol
9 Yanvar , 2015 01:46
​Bavariya Dünya Çempionatı-2014-də ən çox qazanan klub olub

Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu Braziliyada keçirilən Dünya Çempionatı-2014-də komanda oyunçularının çıxışına görə FİFA-dan əldə edilən pul vəsaitlərinin miqdarına görə, klublar arasında birinci yeri tutub.

"Report" xəbər verir ki, ali futbol qurumunun nəzərdə tutduğu 70 milyon dolların 1 mln. 734 min 367 dolları "Bavariya"nın payına düşüb.

Madridin "Real" klubu 1.297,800 dollar qazanıb. Siyahıda üçüncü yerdə Londonun "Çelsi" klubu qərarlaşıb (1.253,233).

Son xəbərlər

Orphus sistemi