"Bavariya" Çempionlar Liqasında rekorda, "Şaxtyor" antirekorda imza atıb

"Bavariya" Çempionlar Liqasında rekorda, "Şaxtyor" antirekorda imza atıb Ukrayna klubuna ilk dəfə 7 top fərqi ilə Almaniya təmsilçisi qalib gəlib
Futbol
12 Mart , 2015 11:01
Bavariya Çempionlar Liqasında rekorda, Şaxtyor antirekorda imza atıb

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsində Almaniya "Bavariya"sı ilə Ukrayna "Şaxtyor"u arasında keçirilmiş cavab görüşünün nəticəsi iki komanda üçün rekord və antirekordla əlamətdar olub. "Report"un məlumatına görə, "Bavariya" tarixində 14-cü dəfə 1/4 finala yüksəlib.

Bununla da Münhen təmsilçisi ÇL-in yeni rekorduna imza atıb. Xosep Qvardiolanın komandasını İngiltərə "Mançester Yunayted"i ilə İspaniya "Real Madrid"i izləyir. Digər tərəfdən, "Şaxtyor" tarixində ilk dəfə qitəmiqyaslı turnirlərdə 7 top fərqi ilə uduzub. Avrokuboklarda keçirdiyi 20 mövsüm ərzində Donetsk komandası 4 top fərqi ilə (0:4 və ya 1:5) yenilmişdi. Bu dəfə isə Mirça Luçeskunun komandası 0:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Bavariya" ardıcıl 4-cü dəfə ÇL-in 1/4 finalına yüksəlib. 7:0 hesabı isə son 20 ildə cəmi 2 dəfə təkrarlanıb. Əvvəlki belə nəticəyə də məhz münhenlilər 2011-2012-ci il mövsümündə 1/8 final mərhələsinin cavab görüşündə İsveçrə "Bazel"i ilə matçda imza atıblar.  

Son xəbərlər

Orphus sistemi