Baş məşqçi təhqir etdiyi xanım jurnalistdən üzr istəyərək, ona gül dəstəsi göndərib

Baş məşqçi təhqir etdiyi xanım jurnalistdən üzr istəyərək, ona gül dəstəsi göndərib Roberto Mançini günahını "belə yuyub"
Futbol
3 Fevral , 2016 13:14
Baş məşqçi təhqir etdiyi xanım jurnalistdən üzr istəyərək, ona gül dəstəsi göndərib

Bakı. 3 fevral. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini mətbuat konfransında təhqir etdiyi xanım jurnalistdən üzr istəyib. "Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssis "Mediaset"in əməkdaşı Mikaela Kalkanyoya gül dəstəsi göndərib.

İtaliya çempionatında ötən həftəsonu "Milan"a 0:3 hesabı ilə uduzduqları görüşdən sonra Mançini Kalkanyonun birbaşa efirdəki suallarına cavab olaraq, bir neçə dəfə söyüş söyüb. O, xanım jurnalisti axmaq suallar verməkdə ittiham edib. Oyun zamanı isə baş məşqçi referi ilə mübahisə etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi