"Barselona" UEFA Superkubokunda qələbə sayına görə "Milan"ın rekordunu təkrarlayıb

"Barselona" UEFA Superkubokunda qələbə sayına görə "Milan"ın rekordunu təkrarlayıb ​"Göy-qırmızılar" 5-ci dəfə bu titula yiyələniblər
Futbol
12 Avqust , 2015 06:03
Barselona UEFA Superkubokunda qələbə sayına görə Milanın rekordunu təkrarlayıb

Bakı. 12 Avqust. REPORT.AZ/ İspaniyanın "Barselona" futbol klubu komanda tarixi ərzində daha bir uğura imza atıb.

"Report" xəbər verir ki, Kataloniya klubu növbəti dəfə UEFA Superkubokunu qazanmaqla turnirdə qələbələrin sayına görə İtaliyanın "Milan" klubunun rekordunu təkrarlayıb.

Belə ki, "göy-qırmızılar" bu mükafata beşinci dəfə sahib çıxıblar.

İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçirilən Superkubok oyunu birincilərin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi