​"Barselona"nın futbolçusu Qətər klubu ilə anlaşıb

​"Barselona"nın futbolçusu Qətər klubu ilə anlaşıb Bu barədə Qətər klubunun meneceri məlumat yayıb
Futbol
29 Mart , 2015 09:37
​Barselonanın futbolçusu Qətər klubu ilə anlaşıb

Bakı. 29 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Hernandes Qətərin "Əl Sədd" klubu ilə anlaşıb. "Report" xəbər verir ki, bu barədə Qətər klubunun meneceri Abdullah Əl Bərik şəxsi "İnstagram" hesabında məlumat yayıb.

Klubun idman direktoru Muhammed Qoulamla Xavinin birgə çəkilmiş şəklini paylaşan menecer "Əl Sədd" "Barselona"nın kapitanını transfer etməyi bacardı" sözlərini əlavə edib.

Lakin kataloniya təmsilçisi hələlik keçidlə bağlı heç bir rəsmi məlumat yaymayıb. İspaniya mətbuatının iddiasına görə, futbolçu ilə ilə 10 milyon avrodan 3 illik müqavilə imzalanacaq.

Son xəbərlər

Orphus sistemi