"Barselona"nın baş məşqçisi jurnalisti təhqir edib

"Barselona"nın baş məşqçisi jurnalisti təhqir edib Luis Enrike sualı kobud formada cavablandırıb
Futbol
18 Aprel , 2016 13:46
Barselonanın baş məşqçisi jurnalisti təhqir edib

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun  baş məşqçisi Luis Enrike futbol üzrə ölkə çempionatının XXXIII turunda "Valensiya"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistə kobud cavab verib. "Report"un məlumatına görə, mətbuat konfransında "Diario Gol" nəşrinin müxbiri Viktor Malo Kataloniya komandasının apreldə funksional enişinin səbəbini soruşub. 

Enrike isə sualı kinayəli formada "Soyadın necədir? Malo? Hər şey düzdür" deyə cavablandırıb. 

"Malo" sözü ispanca "pis" deməkdir. 

Qeyd edək ki, "Barselona" İspaniya çempionatında uzun müddət böyük fərqlə liderlik edib. Kataloniya təmsilçisi hazırda birinci pillədədir, amma "Atletiko"nu yalnız əlavə göstəricilərdə qabaqlayır. 3-cü pillədəki "Real Madrid" isə onlardan yalnız 1 xal geri qalır. 

Son xəbərlər

Orphus sistemi