​"Barselona" klubu açılışda iştirak etmək üçün 2 milyon avro tələb edib

​"Barselona" klubu açılışda iştirak etmək üçün 2 milyon avro tələb edib "Trabzonspor" təklifi dəyərləndirir
Futbol
11 Fevral , 2016 10:58
​Barselona klubu açılışda iştirak etmək üçün 2 milyon avro tələb edib

Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu "Akyazı" adlı yeni stadionun açılışı üçün İspaniyanın "Barselona" klubu ilə yoldaşlıq oyunu keçirmək istəyir. 

"Report"un məlumatına görə, bunun üçün kataloniyalılar Türkiyə klubundan 2 milyon avro tələb edib.

Klubun maliyyə məsələləri üzrə koordinatoru Emre Aksoy yerli mətbuata açıqlamasında təklifi dəyərləndirdiklərini söyləyib: ""Barselona" ilə açılış oyunu keçirmək üçün ödəniş etməliyik. Onlar 2 milyon avro istədilər. Böyük bir komandasansa, yoldaşlıq görüşündən pul qazanmalısan. Bu təklifi dəyərləndiririk".

E.Aksoy "Barselona"dan başqa ərəb klublarından biri ilə də oyun keçirmək istədiklərini bildirib.

Qeyd edək ki, "Trabzonspor"un yeni stadionu 42 minə yaxşın tamaşaçı tutur. Stadionun açılış tarixi hələlik müəyyənləşməyib.  

Son xəbərlər

Orphus sistemi