​"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazanıb

​"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazanıb Finalda katalonlara "Atletik"-"Espanyol" cütünün qalibi rəqib olacaq
Futbol
5 Mart , 2015 01:21
​Barselona İspaniya Kubokunun finalına vəsiqə qazanıb

Bakı. 5 mart. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya Kuboku yarımfinalının cavab matçında "Vilyarreal"ı məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, çərşənbə günü Vilyarrealda baş tutan qarşılaşma katalonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Göy-qırmızılar"ın heyətində iki dəfə Neymar (3 və 88-ci dəqiqələr) və bir dəfə Suares (73) fərqlənib. Rəqibin yeganə qolunu Xonatan dos Santos (39) vurub.

Fevralın 11-də "Kamp Nou"da keçirilən ilk oyunda da "Barselona" futbolçularının 3:1 hesablı qələbəsi qeydə alınmışdı.

Finalda "Barselona"nın rəqibi "Atletik" (Bilbao) və "Espanyol" cütünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi