​"Barselona"da baş məşqçi ilə Messi arasında gərginlik yaranıb

​"Barselona"da baş məşqçi ilə Messi arasında gərginlik yaranıb Klub rəhbərliyi Luis Enrikenin qovulacağına söz verib
Futbol
7 Yanvar , 2015 15:10
​Barselonada baş məşqçi ilə Messi arasında gərginlik yaranıb

Bakı. 7 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında yaşanan gərginlik rəhbərlik səviyyəsinə çatıb. "Report"un "Cadena Cope" radiosuna istinadən verdiyi məlumata görə, argentinalı hücumçu rəhbərliklə görüşərək ya onu, ya da baş məşqçini seçmələrini şərt qoyub.

L.Messini buraxmaq istəməyən Kataloniya klubunun rəhbərliyi L.Enrikeni göndərəcəklərini vəd edib.

Qeyd edək ki, La Liqanın XVII turunda "Real Sosyedad"la matç üçün açıqlanan "Barselona"nın start heyətində Lionel Messi yer almayıb. O, 46-cı dəqiqədə meydana daxil olub. Görüş Kataloniya komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Bundan sonra Messi bazar ertəsi baş tutan məşqdə iştirak etməyib. Argentinalı bu barədə heç kimə xəbər etməyib və gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb. İspaniyalı mütəxəssis futbolçunu cəzalandırmaq istəyib. Lakin Xavi, Andres İnyesta və Serxio Busketsin müdaxiləsindən sonra baş məşqçi fikrindən danışıb.

Son xəbərlər

Orphus sistemi