​"Barselona" "Atletiko"nu İspaniya Kubokundan kənarlaşdırdı

​"Barselona" "Atletiko"nu İspaniya Kubokundan kənarlaşdırdı Madriddə keçən görüş 3:2 hesabı ilə Luis Enrikenin yetirmələrinin xeyrinə başa çatıb.
Futbol
29 Yanvar , 2015 02:41
​Barselona Atletikonu İspaniya Kubokundan kənarlaşdırdı

Bakı. 29 yanvar. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko"ya qalib gəlib.

"Report" xəbər verir ki, Madriddə keçən görüş 3:2 hesabı ilə Luis Enrikenin yetirmələrinin xeyrinə başa çatıb.

Oyunda hesabı madridlilər açıb. Fernando Torres 1-ci dəqiqədə fərqlənməyi bacarıb. Çox keçmədən Neymar komandasının bərabərlik qolunu vurub. Ev sahibləri birinci hissənin ortalarında Raul Qarsiyanın qolu ilə yenidən önə keçiblər. Lakin Mirandanın avtaqolu hesaba bir daha tarazlıq gətirib. Matçın 41-ci dəqiqəsində Neymar yenidən meydana çıxıb və bu dəfə "Barselona"nın qələbə topunu vurub.

İkinci hissədə qapılar toxunulmaz qalıb və "Barselona" yarımfinala vəsiqə qazanıb.

Komandalar arasında birinci oyun katalonların 1:0-lıq qələbəsi ilə başa çatmışdı.

Son xəbərlər

Orphus sistemi