​Bakının "İnter" klubunun Müşahidə Şurasına sədr təyin olunub

​Bakının "İnter" klubunun Müşahidə Şurasına sədr təyin olunub Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin qərarı ilə bu vəzifəyə Yohann Enqbrext gətirilib
Futbol
13 Avqust , 2016 12:29
​Bakının İnter klubunun Müşahidə Şurasına sədr təyin olunub

Bakı. 13 avqust. REPORT.AZ/ Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.

Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi