​Bakının "İnter" klubu UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər

​Bakının "İnter" klubu UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər Bu, klub kreditor borclarını ödədiyini sübut edə bilməyəcəyi təqdirdə baş verəcək
Futbol
17 Dekabr , 2015 04:55
​Bakının İnter klubu UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubu qarşıdakı 3 mövsümdə UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa futbol qurumunun Klublara Maliyyə Nəzarəti Orqanı qərar qəbul edib.

Qərarda klubdan 30 sentyabr 2015-ci ilədək olan təxirəsalınmaz kreditor borclarını ödədiyini 31 yanvar 2016-cı il tarixinədək sübut etməsi tələb olunub. "İnter" bunu sübuta yetirə bilməsə, 2016-2017, 2017-2018 və 2018-2019 mövsümlərində Avrokuboklarda iştirakdan kənarda qalacaq. "Bankirlər", habelə 50 min avro cərimələnib.  

Son xəbərlər

Orphus sistemi