​Bakının "İnter" klubu daha bir futbolçu transfer edib

​Bakının "İnter" klubu daha bir futbolçu transfer edib Xorvatiyalı futbolçu ilə 6 aylıq müqavilə imzalanacaq
Futbol
6 İyul , 2015 11:59
​Bakının İnter klubu daha bir futbolçu transfer edib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edən Bakının "İnter" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Klubun meneceri Aleksey Barvinskinin "Report"a verdiyi məlumata görə, ötən mövsüm Zaqatala "Simurq"unun formasını geyinmiş Stepan Polyak "bankirlər"in düşərgəsinə qoşulub.

32 yaşlı yarımmüdafiəçi ilə bu gün 6 aylıq müqavilə imzalanacaq. "İnter" xorvatiyalının xidmətindən Avropa Liqasında yalnız ilkin mərhələni keçəcəyi təqdirdə, yararlana biləcək.

Qeyd edək ki, Zaur Svanadzenin baş məşqçi təyinatından sonra "İnter" Rauf Əliyev, Mirhüseyn Seyidov (hər ikisi "Neftçi"), Yuri Fomenko ("Şyaulyay", Litva), Nika Kvekveskiri ("Dila", Gürcüstan), Laşa Kasradze, Xuan Fransisko (hər ikisi AZAL) və Elnur Abdullayevi ("Simuq") transfer edib.

Son xəbərlər

Orphus sistemi