Bakının "İnter" klubu ağır zədələnən futbolçusu ilə bağlı məlumat yayıb

Bakının "İnter" klubu ağır zədələnən futbolçusu ilə bağlı məlumat yayıb Rauf Əliyev müalicəsini ambulator şəraitdə davam etdirəcək
Futbol
2 May , 2016 12:04
Bakının İnter klubu ağır zədələnən futbolçusu ilə bağlı məlumat yayıb

Bakı. 2 may. REPORT.AZ/ Bakı "İnter"inin futbolçusu Rauf Əliyevin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXXII tur matçında aldığı zədə həyatı üçün təhlükəli deyil. "Report"un "bankirlər"in rəsmi saytına istinadən verdiyi məlumatına görə, bu barədə həkim müayinəsindən sonra məlum olub. 

Ötən günü xəstəxanada keçirən Əliyev artıq evə buraxılıb. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək. Nəticə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rauf Əliyev uzatma dəqiqələrində rəqib futbolçunun zərbəsindən sonra sifətindən güclü zərbə alıb. Nəticədə meydançaya təcili yardım maşını çağırılıb və o, xəstəxanaya aparılıb. 

Son xəbərlər

Orphus sistemi