Bakının "İnter" klubu 14000 manat cərimələnib

Bakının "İnter" klubu 14000 manat cərimələnib AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 6-nı cəzalandırıb
Futbol
6 Oktyabr , 2015 13:22
Bakının İnter klubu 14000 manat cərimələnib

Bakı. 6 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının VII turunda baş vermiş olaylara baxılıb. "Report"un məlumatına görə, toplantıda Bakının "İnter" klubuna 14000 manat cərimə kəsilib.

“Qarabağ”la matçda paytaxt təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 1000 manat cərimələnib. 90-cı dəqiqədə qapıçı Giorgi Lomaya hakimlər briqadasını təhqir etdiyi üçün, 90+3-cü dəqiqədə isə müdafiəçi Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə hərəyə 4 oyunluq cəzalanıb. Klub isə üst-üstə 8000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “İnter”in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasını təhqir etdiyindən, 5 oyunluq cəzalanıb, klub 5000 manat ziyana düşüb.

"Xəzər Lənkəran"la "Rəvan" baş məşqçiləri Yunis Hüseynovla Emin Quliyevin müvafiq olaraq, "Qəbələ" və AZAL-la qarşılaşmalardan sonra mətbuat konfransına qatılmamaları səbəbindən hərəyə 1000 manat cərimələnib. AZAL isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib.

"Zirə" ilə matçın 47-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Kəpəz”lə qarşılaşmanın 76-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmış “Sumqayıt”ın müdafiəçisi Slavik Alxasov isə 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi