Bakıdakı ​Avropa çempionatının ilk finalçısı müəyyənləşib

Bakıdakı ​Avropa çempionatının ilk finalçısı müəyyənləşib Portuqaliya millisi Hollandiyanı da məğlub edib
Futbol
18 May , 2016 16:41
Bakıdakı ​Avropa çempionatının ilk finalçısı müəyyənləşib

Bakı. 18 may. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, Portuqaliya yığmasıdır. 

Pireneylilər yarımfinalda Hollandiya millisini mübarizədən kənarlaşdırıb - 2:0. "Dalğa Arena"ya toplaşan azarkeşlər matçın 25-ci dəqiqəsində ilk qolun şahidi olublar. Portuqaliyanın heyətində Joze Qomeş adını tabloya yazdırıb. 56-cı dəqiqədə isə Dioqo Dalot hesab arasındakı fərqi artırıb.

Qeyd edək ki, digər finalçı saat 20:00-da elə "Dalğa Arena"da keçiriləcək Almaniya - İspaniya oyununun qalibi olacaq. Çempionluq qarşılaşması isə mayın 21-də "Bakcell Arena"da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi