Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları DÇ-2018-ə klip çəkib - VİDEO

Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları DÇ-2018-ə klip çəkib - VİDEO Mahnının təqdimatı ölkə çempionatının oyunundan öncə baş tutub
Futbol
20 Sentyabr , 2016 18:00
Bakıda keçirilmiş Eurovision mahnı müsabiqəsinin iştirakçıları DÇ-2018-ə klip çəkib - VİDEO

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıdadakı Eurovision-2012 mahnı müsabiqəsində iştirak etmiş "Buranovski babuşki" qrupu Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün klip çəkib. 

"Report"un məlumatına görə, "Ole-Ola" adlı mahnının təqdimatı sentyabrın 18-də baş tutub.

Bu, Rusiya çempionatının VII turunda Samarada keçirilmiş "Krılya Sovetov" - MOİK (1:2) oyunundan öncə olub. Oyundan yarım saat əvvəl nənələr meydana çıxaraq mahnını ifa ediblər.

Bu gündən isə klip "Youtube" internet portalına yüklənib.

Son xəbərlər

Orphus sistemi