​"Bakı" və "İnter" klubları səfər matçlarına maddi problemlərlə əlaqədar yollana bilməyib

​"Bakı" və "İnter" klubları səfər matçlarına maddi problemlərlə əlaqədar yollana bilməyib Hər iki klubun komandasına texniki məğlubiyyət verilib
Futbol
12 May , 2015 17:32
​Bakı və İnter klubları səfər matçlarına maddi problemlərlə əlaqədar yollana bilməyib

Bakı. 12 may. REPORT.AZ/ Paytaxtın "İnter" və "Bakı" futbol klublarının aşağı yaş qrupları üzrə komandaları səfər oyunlarına maliyyə problemləri səbəbindən yollana bilməyib. 

"Report"un məlumatına görə, "Bakı"nın 17 yaşlılardan ibarət komandası Zaqatalada "Simurq"la, "İnter"in 16 yaşlılardan ibarət komandası isə Tovuzda "Turan"la oyunda iştirak etməyib.

Nəticədə AFFA-nın İntizam Komitəsi bu gün keçirilmiş iclasında hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verib. Bu hal klubların qarşıdakı turlarda maddi problemin digər yaş qruplarına da təsirsiz ötüşməyəcəyini göstərir.

Qeyd edək ki, "Bakı" və "İnter"in səfər matçlarına yollanmamalarının maddi problemlərlə bağlı olduğu hər iki klubdan təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi