Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb

Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb Sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir
Futbol
4 Fevral , 2016 16:51
Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb. "Report"un məlumatına görə, www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.

“Stadion”, “Turlar”, “Xidmətlər”, “Biznes”, “Media” və digər bölmələrdən ibarət olan sayt şəkillər və xəbərlər, xidmətlər, tədbirlər barədə məlumatı paylaşır, onlayn məsləhətçi və xidmətlərin rezervasiyası imkanları verir.

Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytda tikinti tarixi göstərilir, habelə virtual tur fəaliyyət göstərir.

Media nümayəndələrinin rahat işi üçün yaradılmış “Media” bölməsində xəbərlər, press-relizlər və şəkillər yerləşdirir.

Həmçinin sayt "Facebook"a inteqrasiya edilib. Sosial şəbəkə istifadəçiləri stadionun rəsmi səhifəsindən birbaşa sayta keçid edə bilərlər.

İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur.

Sayt müntəzəm olaraq yenilənir.

Son xəbərlər

Orphus sistemi