"Bakı"nın problemi AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll edilib

"Bakı"nın problemi AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll edilib Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib
Futbol
9 Fevral , 2015 16:04
Bakının problemi AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll edilib

Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı" klubunun təlim-məşq bazasına suyun verilməsində yaranan problem AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll olunub. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bazada olduğu vaxt suyun kəsildiyi yerə baxış keçirib. Bundan sonra E.Məmmədov Azərbaycan Qolf Federasiyası rəhbərliyi ilə danışıqlar apararaq, suyun bazaya fasiləsiz axınını təmin etdirib. Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, təlim-məşq bazasına gələn xəttin bağlanılması üzündən "Bakı" klubu "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından öncə stadiona suyu maşınlarla daşıyıb.

Son xəbərlər

Orphus sistemi