Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb Metronun iş rejimi uzadılıb
Futbol
9 Dekabr , 2015 16:48
Bakı Metropoliteni Qəbələ klubunun müraciətini cavablandırıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Rusiya "Krasnodar"ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib. 

"Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni müraciətə müsbət reaksiya verib. Klub isə buna görə Metropolitenə təşəkkür edib. 

Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarına yaxın olan "Bakcell Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi