Bakı. 26 aprel. REPORT.AZ/ "Bakı" klubunun 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. "Report"un məlumatına görə, buna paytaxt təmsilçisinin U-15 Liqasında “Xəzər Lənkəran”la səfər matçında iştirak etməməsi səbəb olub.
AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət verib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.