Bakı "İnter"inin futbolçusu ilk dəfə Gürcüstan millisinə dəvət alıb

Bakı "İnter"inin futbolçusu ilk dəfə Gürcüstan millisinə dəvət alıb Kaxaber Tsxadadze əvvəllər Azərbaycan Premyer Liqasında çıxış etmiş daha 4 oyunçunu yığmaya çağırıb
Futbol
2 Sentyabr , 2015 09:22
Bakı İnterinin futbolçusu ilk dəfə Gürcüstan millisinə dəvət alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Gürcüstan milli komandasının Şotlandiya və İrlandiya ilə AVRO-2016-nın seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Kaxaber Tsxadadze sabiq klubu Bakı "İnter"indən 2 futbolçuya dəvət göndərib.

Bunlar müdafiəçi Zurab Xizanişvili ilə yarımmüdafiəçi Nika Kvekveskiridir. Kvekveskiri yığmaya ilk dəfə çağırılan 3 oyunçudan biridir. Ümumilikdə, qarşıdakı matçlara 24 futbolçu dəvət alıb. Onların arasında əvvəllər Azərbaycanın müxtəlif klublarında çıxış etmiş müdafiəçilər Georgi Navalovski, Georgi Popxadze və Aleksandr Amisulaşvili, həmçinin hücumçu Baçana Tsxadadze də var.

Qeyd edək ki, D qrupunda yer alan Gürcüstan millisi sentyabrın 4-də Şotlandiyanı qəbul etdikdən 3 gün sonra İrlandiyanın qonağı olacaq. 6 turdan sonra qonşu ölkə yığmasının hesabında cəmi 3 xal var.  

Son xəbərlər

Orphus sistemi