Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan çempionatının qalibi və gümüş mükafatçısı müəyyənləşib.
"Report"un məlumatına görə, "Astana" klubu ardıcıl 3-cü dəfə ölkə çempionu olub. XXVI turda paytaxt təmsilçisi "Okjeptes"lə 0:0 hesablı səfər heç-heçəsindən sonra qızıl medalları təmin edib.
Vitse-çempion adına isə liderdən 4 xal geri qalan "Kayrat" sahib çıxıb. Bürünc mükafatçı isə sonuncu turda məlum olacaq.
Qeyd edək ki, "Kayrat"ın baş məşqçisi vaxtilə Azərbaycanda "Standard" və "İnter" komandalarına rəhbərlik etmiş Kaxaber Tsxadadzedir.