Bakı "İnter"i "Zirə" üzərində qələbəni uzatma dəqiqələrində əldən verib - VİDEO

Bakı "İnter"i "Zirə" üzərində qələbəni uzatma dəqiqələrində əldən verib - VİDEO Qonaqlar bərabərliyi baxımlı qolla təmin ediblər
Futbol
30 Sentyabr , 2016 16:58
Bakı İnteri Zirə üzərində qələbəni uzatma dəqiqələrində əldən verib - VİDEO

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start verilib. "Report"un məlumatına görə, VII turun ilk oyununda "İnter" Zirənin eyniadlı komandasını qəbul edib.

"İnter Arena"da keçirilmiş görüş heç-heçə ilə nəticələnib - 1:1. Meydan sahibləri hesabı 22-ci dəqiqədə açıb: Ağabala Ramazanov fərqlənib. Lakin uzatma dəqiqələrində "Zirə" Viktor İqbekoyinin baxımlı qolu ilə bərabərliyi təmin edib.

Beləliklə, xallarını 15-ə çatdıran "İnter" 2-ci pillədə yer alıb. 3 oyunluq məğlubiyyət seriyasından sonra xal qazanan "Zirə" isə 7 tur ərzində cəmi 7 xal yığa bilib və elə "Kəpəz"lə birgə 5-6-cı yerləri bölüşür.

Azərbaycan Premyer Liqası, VII tur

30 sentyabr (cümə)

15:00. "İnter" – "Zirə" - 1:1

Qol: Ağabala Ramazanov, 22 - Viktor İqbekoyi, 90+1

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "İnter Arena"

12-ci dəqiqədə "İnter"in hücumçusu Rauf Əliyev topu başla tora göndərib. Lakin yan xətt hakimi oyundankənar vəziyyət olduğunu bildirərək, qolu qeydə almayıb.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 1-2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi