Bakı "İnter"i "Rəvan"la matçda yenilik tətbiq edəcək

Bakı "İnter"i "Rəvan"la matçda yenilik tətbiq edəcək Nizami Hacıyev isə uzun müddət oynamayacaq
Futbol
12 Mart , 2016 14:34
Bakı İnteri Rəvanla matçda yenilik tətbiq edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda "Rəvan"la ev oyununda yenilik tətbiq edəcək. "Report"un məlumatına görə, bu barədə klubun prezidenti Rəşad Qasımov açıqlama verib.

O bildirib ki, sabahkı oyundan etibarən futbolçular meydana əllərində uşaqları tutaraq daxil olacaqlar. R.Qasımov belə bir halın əvvəllər də bir dəfə baş verdiyini, lakin həmin vaxt bunun elə də diqqəti cəlb etmədiyini vurğulayıb. Klub prezidenti bundan sonra bütün ev oyunlarında bu cür addım atacaqlarını söyləyib.

Digər tərəfdən, "İnter" yaxın bir ay müddətində kapitan Nizami Hacıyevin xidmətindən yararlana bilməyəcək. R.Qasımov son zamanlar yaxşı formada olan futbolçunun Azərbaycan Kubokunda elə "Rəvan"la cavab görüşündə əzələsini dartdığını və zədəsinin ciddi olduğunu əlavə edib.

Klubun keçmiş futbolçularından 99 faizinə borcların tam ödənildiyini deyən R.Qasımov qalanları ilə də ortaq məxrəcə gəlməklə problemi yoluna qoymağa çalışdıqlarını dilə gətirib.

Qeyd edək ki, martın 13-də keçiriləcək "İnter" - "Rəvan" matçı saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi