Bakı. 17 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son qarşılaşmasında iki Bakı klubu - "İnter" və "Neftçi" üz-üzə gəlib.
"İnter Arena"da baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu Denis Silva Cruz vurub. Hər iki komandanın heyətində bir futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Azərbaycan Premyer Liqası. II tur
"İnter" - "Neftçi" - 1:0
Qol: Denis Silva Cruz, 45 (1:0)
Foto: İsmayıl Nur