Bakıda Avropa Oyunları öncəsi test xarakterli güləş yarışı keçiriləcək

Bakıda Avropa Oyunları öncəsi test xarakterli güləş yarışı keçiriləcək Yarışda 13 ölkə çıxış edəcək
Futbol
13 Aprel , 2015 16:50
Bakıda Avropa Oyunları öncəsi test xarakterli güləş yarışı keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarış "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçiriləcək güləş yarışlarına test xarakteri daşıyır. 

Dörd gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri mübarizə aparacaq. 

Turnirin proqramına əsasən, 16-17 apreldə yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər, 18-19 apreldə sərbəst güləş üzrə yeniyetmə və gənclər yarışacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi