​Bağdad stadionunda partlayış törədilib, 29 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO

​Bağdad stadionunda partlayış törədilib, 29 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO Partlayış kubok təqdim edilən zaman baş verib
Futbol
25 Mart , 2016 23:03
​Bağdad stadionunda partlayış törədilib, 29 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO

Bakı. 25 mart. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda futbol oyunu zamanı partlayış törədilib.

"Report"un məlumatına görə, hadisə Asriye kəndində yerli futbol komandaları arasındakı matç bitdikdən sonra kubokun təqdim edildiyi vaxt baş verib.

Azarkeşlər arasına girən kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb, ən azı 60 nəfər xəsarət alıb. Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi