Azərbaycanda keçiriləcək futbol üzrə AÇ-2016 üçün seçmə mərhələnin püşkatma mərasiminin vaxtı və proseduru açıqlanıb

Azərbaycanda keçiriləcək futbol üzrə AÇ-2016 üçün seçmə mərhələnin püşkatma mərasiminin vaxtı və proseduru açıqlanıb Seçmə mərhələdə Rusiya və Ukrayna yığmalarının eyni qrupa salınmasına icazə verilməyib
Futbol
29 Oktyabr , 2014 15:13
Azərbaycanda keçiriləcək futbol üzrə AÇ-2016 üçün seçmə mərhələnin püşkatma mərasiminin vaxtı və proseduru açıqlanıb
Bakı. 29 oktyabr. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkü dekabrın 3-də İsveçrənin Nyon şəhərində atılacaq. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 12:00-da başlanacaq mərasimdə 52 ölkə yığması 2 səbətə bölünəcək.

Hər bir səbətdən 2 komanda götürülməklə, tərkibi 4 millidən ibarət 13 qrup formalaşdırılacaq. Qrupların ev sahibləri püşk yolu ilə seçiləcək. Bütün komandalar əvvəlcə 2015-ci ilin payızından elit-raunda 31 vəsiqə uğrunda yarışacaqlar. Hər qrupdan ilk 2 yerin sahibi və 3-cü yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 5 komanda elit-raunda yüksələcək. Onlara son qalib qismində Almaniya da qoşulacaq. Bu mərhələnin qarşılaşmaları isə 2016-cı ilin yazında baş tutacaq.

Səbətlərin tərkibi belədir:

A səbəti: İngiltərə, Hollandiya, Portuqaliya, Polşa, Fransa, Serbiya, Rusiya, İsveçrə, Italiya, İspaniya, Çexiya, Şotlandiya, Gürcüstan, İsveç, Macarıstan, Ukrayna, Belçika, İslandiya, Avstriya, Türkiyə, Xorvatiya, Danimarka, İrlandiya, Norveç, Belarus, Bosniya və Herseqovina

B qrupu: Yunanıstan, Bolqarıstan, İsrail, Slovakiya, Albaniya, Sloveniya, Şimali İrlandiya, Rumıniya, Latviya, Makedoniya, Estoniya, Finlandiya, Uels, Litva, Ermənistan, Lüksemburq, Kipr, Farer adaları, Moldova, Çernoqoriya, Qazaxıstan, Malta, Andorra, San Marino, Lixtenşteyn, Cəbəllüttariq

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna, eləcə də İspaniya ilə Cəbəllüttariq eyni qrupa düşə bilməzlər.

Elit-raundun qarşılaşmaları Bolqarıstanda təşkil olunacaq. 32 komanda arasındakı mübarizə nəticəsində 15 ən güclü ölkə yığması Azərbaycanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.  

Son xəbərlər

Orphus sistemi