Azərbaycanlılar İsveçdə futbol komandası yaradıb

Azərbaycanlılar İsveçdə futbol komandası yaradıb Komanda "Stokholm-Neftçi" adı altında çıxış edəcək
Futbol
28 Sentyabr , 2016 13:18
Azərbaycanlılar İsveçdə futbol komandası yaradıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb. 

"Report"un məlumatına görə, bu barədə azərbaycanın futbol veteranı İqor Ponomaryov jurnalistlərə açıqlamasında bildirib.

O, komandanın adının "Stokholm-Neftçi" olduğunu bildirib. 

İ.Ponomaryovun sözlərinə görə, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.

Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi