​Azərbaycanlılar futbol üzrə Novruz Kubokunun qalibi olublar

​Azərbaycanlılar futbol üzrə Novruz Kubokunun qalibi olublar Turnirdə 2-ci və 3-cü yerlər qırğız və taciklərə nəsib olub
Futbol
26 Mart , 2015 08:09
​Azərbaycanlılar futbol üzrə Novruz Kubokunun qalibi olublar

Bakı. 26 mart. REPORT.AZ/ Martın 21-də Moskvanın "Lujniki" idman kompleksində "Futbol qardaşlığı" layihəsi çərçivəsində "Futbol Novruzu" adlı mini-futbol turniri keçirilib.

"Report" xəbər verir ki, yarışın təşkilatçısı qismində Moskva şəhər Milli siyasət, dinlərarası əlaqələr və turizm Departamenti çıxış edib.

İdarədən bildirilib ki, turnirin təşkil olunmasında məqsəd Rusiya ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri arasında birlik yaratmaqdır.

Yarışda səkkiz komanda iştirak edib. Birinci yeri azərbaycanlıların "Könüllülər" komandası (Moskva Dövlət Humanitar-İqtisad Universitetinin tələbələri), ikinci yeri "Alatoo" (Qırğız birliyi) və nəhayət, üçüncü yeri, Tacikistanın "Pamir" komandası tutub.

Son xəbərlər

Orphus sistemi