​Azərbaycanlı qapıçı "Ayntraxt"dan ayrılıb

​Azərbaycanlı qapıçı "Ayntraxt"dan ayrılıb Emil Balayev 2014-cü ilin dekabrında Frankfurt klubu ilə 3 illik müqavilə bağlamışdı
Futbol
25 May , 2016 10:56
​Azərbaycanlı qapıçı Ayntraxtdan ayrılıb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubu ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə Frankfurt klubunun idman direktoru Bruno Hübner yerli mətbuata açıqlamasında bildirib.

O, Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qərar qəbul edildiyini, klubun hər üç oyunçu ilə yollarını ayırdığını deyib.

Qeyd edək ki, sonuncu klubu "Neftçi" olan E.Balayev 2014-cü ilin dekabrında "Ayntraxt"la 3 illik müqavilə bağlamışdı.

Son xəbərlər

Orphus sistemi