Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat alıb

Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat alıb Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə matçını idarə edəcək
Futbol
9 Oktyabr , 2015 13:04
Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan hakimləri 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıblar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş Viçentsa şəhərindəki Romeo Menti stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi