Bakı. 22 iyul. REPORT.AZ/ Rusiyanın Azərbaycan əsilli futbolçusu, yarımmüdafiəçi Emin Mahmudov Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun işləri ilə məşğul olan "Prof-sport company" futbol agentliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Müqavilə iki il müddətinə imzalanıb.
"Boavişta" ötən mövsümü Portuqaliya yüksək liqasının 14-cü pilləsində başa vurub.
Emin Mahmudov bundan əvvəl "Krılya Sovetov" klubu ilə müqaviləsini pozub.