​Azərbaycanlı futbolçu həvəskarlar liqasında çıxış edəcək

​Azərbaycanlı futbolçu həvəskarlar liqasında çıxış edəcək Yarımmüdafiəçi "Katandzaro" klubunda forma geyinəcək
Futbol
5 Aprel , 2016 09:54
​Azərbaycanlı futbolçu həvəskarlar liqasında çıxış edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Ukrayna milli komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev karyerasını həvəskarlar liqasında davam etdirəcək. "Report"un "Futbol 24"ə istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi Ukraynanın "Katandzaro" klubunda forma geyinəcək.

Yarımmüdafiəçi cari mövsümün əvvəlində Ukraynanın həvəskarlardan ibarət "Rux" komandasında oynayıb. "Katandzaro" ötən il çempionatın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Aleksandr Əliyev karyerası ərzində Rusiyanın "Lokomotiv", "Anji", Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi