Azərbaycanlı FİFA referilərinin 2016-cı il üçün siyahısı təsdiqlənib

Azərbaycanlı FİFA referilərinin 2016-cı il üçün siyahısı təsdiqlənib Siyahıda 22 referinin adı qeyd olunub
Futbol
25 Dekabr , 2015 15:17
Azərbaycanlı FİFA referilərinin 2016-cı il üçün siyahısı təsdiqlənib

Bakı. 25 dekabr. REPORT.AZ/ 2016-cı il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib. "Report"un məlumatına görə, Azərbaycanı beynəlxalq oyunlarda ötənilki kimi 22 hakim təmsil edəcək.

Əvvəlki siyahı ilə müqayisədə yalnız bir dəyişiklik qeydə alınıb. 2014-cü ilin son ayının siyahısında adı olan və qəzada ölən futzal referisi Xəlil Hüseynlini Fərid İslamov əvəzləyib.

Siyahıda 3 FİFA referisi, 6 köməkçi hakim, 4 futzal, 3 çimərlik futbolu hakimi, qadınlarda isə 2 referi və 4 laysman yer alıb.

Referi: Ağayev Əliyar, Həsənov Rəhim, Məmmədov Orxan

Referi köməkçisi: Abbasov Yaşar, Haşımov Mübariz, Hüseynov Namik, Məmmədov Rza, Musayev Vaqif, Zeynalov Zeynal

Futzal üzrə FIFA referisi: Səmədli Elçin, İslamov Fərid, Nurullayev Yusif, Namazov Ramil

Çimərlik futbolu üzrə FIFA referiləri: Həmzəyev Əfqan, Məmmədov İnqilab, Vəliyeva Sədaqət

Qadın FIFA referiləri: Qurbanova Səbayel, Qurbanova Yuliya

Qadın FIFA referi köməkçiləri: Əsgərzadə Aybəniz, Əzizzadə Xəyalə, Güvəndiyeva Gülyana, Sadıqova Lamiyyə

Son xəbərlər

Orphus sistemi