​Azərbaycanın U-21 komandası "Antalya Cup"da son görüşünü keçirəcək

​Azərbaycanın U-21 komandası "Antalya Cup"da son görüşünü keçirəcək Rəqib Bəhreynin U-20 komandası olacaq
Futbol
28 Yanvar , 2016 11:30
​Azərbaycanın U-21 komandası Antalya Cupda son görüşünü keçirəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" beynəlxalq turnirində növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Bəhreynin U-20 komandası ilə qarşılaşacaq.

Görüş Türkiyənin Antalya bölgəsindəki "Su Səsi" otelinin A meydançasında Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-21 turnir çərçivəsində buna qədər keçirdiyi 3 oyundan qələbə ilə ayrılıb. Milli komanda ardıcıl olaraq Ukraynanın U-21 (2:1), Səudiyyə Ərəbistanın U-20 (3:0) və Albaniyanın U-21 (4:0) komandalarına qalib gəlib.

Son xəbərlər

Orphus sistemi